Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
 
RePost.Az “report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
 
205 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu avtomobillə toqquşub.
 
Hadisə zamanı avtobusda olan sərnişin, 1978-ci il təvəllüdlü Nəzərova Nigar Əli qızı bədən xəsarətləri alıb.
 
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.

RePost.Az

Baxış sayı: 6126 | Tarix: 21.01.2021
Bizi Telegramda izləyin: @repostaz