Ötən gecə Xırdalanda evdə baş verən partlayışın təfərrüatları bəlli olub. 
 
RePost.Az bildirir ki, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.
 
Qaz sızmasından baş verən partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.  
 
Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti də artıq dəqiqləşib. 
 
Ələzova Simayə Mövlud qızı - 1968 ci il təvəllüdlü
 
Şükürzadə Xədicə Bəxtiyar qızı - 2006-cı il təvəllüdlü
 
Musayev Vusal Firudin oğlu - 1983-cü il təvəllüdlü
 
Musayev Firudin Vusal oğlu - 2009-cu il təvəllüdlü
 
Əliyev Emil Arif oğlu - 1989-cu il təvəllüdlü
 
Hüseynov Arif Əbülfəz oğlu - 1988-ci il təvəllüdlü
 
Xırdalanda dağıntılar altından 1988 təvəllüdlü Musayeva Aytən Tacəddin qızının nəşi çıxarılıb. Xəsarət alanların sayı 8-ə yüksəlib.
 
Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı son vəziyyəti açıqlayıb.
 
***
 
RePost.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
 
Xəbər verildiyi kimi, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Ümumilikdə, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.
 
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
 
Əlavə məlumat veriləcək.
 


Baxış sayı: 2820 | Tarix: 26.01.2021
Bizi Telegramda izləyin: @repostaz