Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.
 
RePost.Az Report-a istinadla xəbər verir ki, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1 000-7 000 min manat pulunu mənimsəyib.
 
Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.
 
Hüquq-mühafizə orqanlarından “Report”a fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.
 
BSU-dan isə "Report"a bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

RePost.Az

Baxış sayı: 2972 | Tarix: 28.01.2021
Bizi Telegramda izləyin: @repostaz