Hazırda Bakıda bəzi yollarda meteoloji amillər səbəbindən nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var.
 
Bakı Nəqliyyat Agentliyindən RePost.Az-a verilən məlumata görə, bəzi istiqamətlərdə avtobuslar hərəkət marşrutu üzrə tam hərəkət edə bilmir.
 
Bu ərazilər aşağıdakılardır:  
 
Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri)
 
Günəşli
 
Hövsan 
 
Şüvəlan 
 
Binə 
 
Badamdar 
 
Xırdalan 
 
Müşviq 
 
Mehdiabad
 
Digah
 
Masazır dairəsi
 
Kürdəxanı yolu
 
Məmmədli və Yanardağ yolu
 
Biləcəri enişi
 
Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti
 
Baksol yolu
 
Zığ yolu 
 
Salyan şossesi
 
Bibiheybət yolu
 
Bakı dairəvi yol
 

Baxış sayı: 2953 | Tarix: 24.02.2021
Bizi Telegramda izləyin: @repostaz