Rayon Polis Şöbələri tərəfindən keçirilən əməliyyatlarla qanunsuz odlu silahlar aşkar edilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən xəbərə görə, Xaçmaz rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisindəki evlərin birindən 1 ədəd televizor və sənədləri ilə birgə “Dragon” markalı tüfəngi oğurlamaqda şübhəli bilinən Armud-Padar kənd sakinləri Ş.Almasov və M.Sultanov saxlanılıblar.
 
Bundan başqa, Kürdəmirin Dayıkazımlı kənd sakinləri N.Məhərrəmovdan “Tula”, S.Feyzullayevdən “Fortune”, Neftçala rayonunun Boyat kənd sakini S.İsmayıllıdan isə müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngi götürülüb.
 
 

Baxış sayı: 3219 | Tarix: 25.02.2021
Bizi Telegramda izləyin: @repostaz