Bakı Nəqliyyat Agentliyinin əməkdşaları parklama ərazilərində sürücələrə kütləvi cərimələr yazırlar. 

Bu barədə RePost.Az-a Ceyhun Əliyev adlı sürücü məlumat verib. Onun sözlərinə görə, bu gün səhər saat 9:30 radələrində idarə etdiyi 90 PN 956 dövlət nömrə nişanlı avtomobili bir neçə dəqiqəlik Asif Məhərrəmov küçəsində parklama sahəsində saxlayaraq mağazaya daxil olub. Üstündən bir neçə dəqiqə keçmiş BNA-dan AR İXM-in 346.1-ci maddəsinin pozulmasına dair iki protokolun tərtib olunduğöuna dair sms xəbərdarlıq alıb.  

Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən bir gündə bir şəxsə eyni qayda pozuntusuna görə, cərimə tətbiq olunması qadağan olunsa da, BNA əməkdaşları bilərəkdən qanunu pozurlar.  

Sürücü bu barədə BNA-nın qaynar xəttinə məlumat verdiyini desə də, hələlik problem həllini tapmayıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev RePost.Az-a verdiyi açıqlamada cərimələrin sözügedən sürücüyə həmin ünvanda yazılmadığını bildirib. 

O qeyd edib ki, sözügedən protokollardan biri Ceyhun Əliyevə ötən ilin oktyabrın 18-də Həsən Əliyev küçəsində, digəri isə noyabrın 15-də tərtib edilib. Sadəcə olaraq həmin avtomobil hüquqi şəxsə məxsus olduğundan sürücünün müəyyən olunması vaxt aparıb. Yəni lizinq şirkəti BNA-nın sorğusuna bu gün cavab verdiyindən protokol məlum tarixdə tərtib olunub. 


Baxış sayı: 3504 | Tarix: 01.03.2021
Bizi Telegramda izləyin: @repostaz