"Ziya Məmmədov bu gün nazirlikdə olub və öz vəzifəsini icra edib. Sərəncama əsasən Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflər iki ay müddətində hazırlanıb prezidentə təqdim ediləcək. Yalnız bundan sonra nazirin aqibətinə aydınlıq gətiriləcək. Bundan başqa hər hansı bir açıqlama verə bilmərik"
 
RePost.Az baku.ws-ə istinadən bildirir ki, bunu ləğv edilən Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov açıqlamasında bildirib.
   
Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və YüksəkTexnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksəktexnologiyalar naziri təyin edilib.

Baxış sayı: 2554 | Tarix: 13.02.2017
Bizi Telegramda izləyin: @repostaz