DİN-in Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.
 
İdarədən verilən məlumata görə, müraciətdə deyilir ki, son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılmaqdadır: "Həmin səhifələrdən biri də asanpayex.cc/az ünvanıdır.
 
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara bildirir ki, qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.
 
Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda paylaşmasınlar.
 
Bir daha xatırladırıq ki, inzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır".

Baxış sayı: 312 | Tarix: 04.03.2026
Bizi Telegramda izləyin: @repostaz