Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbini açıqlayıb.
 
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov RePost.Az-ın sorğusuna cavab olaraq bildirib ki, M.Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb:
 
“Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Məlumatın yoxlanılması məqsədilə o, dünən saxlanılıb. Və ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır.
 
Mehman Hüseynovun həmin aparatla haradasa çəkiliş aparması barədə isə hazırda hər hansı bir məlumat yoxdur”.
 
Qeyd edək ki, daha sonra M.Hüseynov sərbəst buraxılıb.

Baxış sayı: 3086 | Tarix: 15.03.2021
Bizi Telegramda izləyin: @repostaz