Hazırda əksər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
	 
	Bu barədə RePost.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
	 
	Sıxlıq olan küçə və prospektlərdə, xüsusən də H.Əliyev, Q.Qarayev və Z.Bünyadov prospektləri, A.Mustafayev, Y.Səfərov küçələrində müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.