Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
 
RePost.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
 
Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə "VAZ 2107" markalı minik maşını toqquşub. Qəza zamanı 1962-ci il təvəllüdlü Əhmədova Felya Mustafa qızı, 1993-cü il təvəllüdlü Əhmədov Arzuman Nəsib oğlu və 1992-ci il təvəllüdlü Novruzov Orxan Aydın oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
 
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 
 
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 3143 | Tarix: 11.04.2021
Bizi Telegramda izləyin: @repostaz