"Azərbaycanfilm" kinostudiyası və Türkiyənin "Dada Yapım" şirkətinin birgə istehsalı "Fulya" filminin çəkilişlərinə başlanıb.
 
RePost.Az-ın məlumatına görə, film Vətən müharibəsi dövründə müharibənin acı və yıxıcı həqiqətlərini ilk səsdən dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi şərəfli yolu onun ifadəsində ən xüsusi kadrlarla yenidən əks etdirəcək.
 
Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserlər Fariz Əhmədov və Özcan Dadadır. Çəkilişləri Gəncə, Tərtər və Şuşada aparılacaq.
 
Film Mədəniyyət Nazirliyinin sifarişi ilə ekranlaşdırılır.

Baxış sayı: 1661 | Tarix: 18.06.2021
Bizi Telegramda izləyin: @repostaz