Atalarının haqqını müdafiə etmək istəyən bacılar təhlükə ilə üzləşdiklərini deyir. Beləki, 1-ci qrup əlil olan atanın şərikli mülkiyyəti var. Digər şərik onu mülkiyyətdən uzaqlaşdırmaq istəyir.
 
Əlil atanın qızları isə buna imkan vermir. Onlar iddia edir ki, buna görə şərikləri hətta onları öldürmək də istəyir. Əllərində sübutları olan video görüntünü də "Xəzər Xəbər”ə təqdim ediblər. Bloka daxil olan qadına arxadan yad bir kişi hücum edir.
 
Bir əlində bıçaq tutmuş kişi qadının başına əl atır, itələyib yerə yıxır. Amma qadının müqavimət göstərdiyini görəndə qaçıb aradan çıxır.
 
Hadisə iki il əvvəl baş versədə hücuma məruz qalan xanım Pəri Rzaxanova video görüntüləri bu gün "Xəzər Xəbər”ə təqdim edib.
 
Paytaxt sakini olan Pəri xanım deyir ki, həmin şəxs 7 ay sonra polis tərəfindən saxlanılıb. Məlum olub ki, hücum edən şəxs Sahib Zülfüqarov adlı şəxsdir.
 
Sui qəsdçi məhkəmə boyu sifarişi kimdən aldığını deməyib. Nəticədə 11 il azadlıqdan məhrum edilib. Pəri Rzaxanova iddia edir ki, sifarişi atasının şəriki verib. Dəfələrlə onlara təklif edilib ki, mülkiyyətdən əl çəksinlər...
 
Pəri və bacısı Zərnigar deyir ki, həmin şəxs tərəfindən təzyiqə məruz qalıblar.. Hətta bacısına da hücumlar olub.
 
Bacılar deyir ki, şərikləri saxta sanədlərlə sonradan mülkiyyəti öz adına keçirə bilib. Bundan xəbər tutan kimi yenidən məhkəməyə müraciət ediblər. Bacılar hücumları məhz bununla əlaqələndirir.
 
Bacılar indi də izləndiklərini, həyatları üçün təhlükənin qaldığını iddia edirlər..Buna görədə polisə müraciət ediblər. Hazırda polis məsələylə bağlı istintaq tədbirləri aparır.
 
RePost.Az
 

Baxış sayı: 3656 | Tarix: 18.02.2017
Bizi Telegramda izləyin: @repostaz