Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarına (DQ) məxsus “Ural” markalı avtomobil aşıb.
 
RePost.Az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bununla bağlı APA-ya bildirib ki, hadisə rayonun Aşıqlı kəndində günorta saatlarında baş verib: “Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olması səbəbindən isə hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”.

Baxış sayı: 3390 | Tarix: 17.07.2021
Bizi Telegramda izləyin: @repostaz