İyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.
 
RePost.Az xəbər verir ki, 1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib.
 
O, prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və nəzarətsiz qalmasından istifadə edərək qaçıb.
 

Baxış sayı: 2706 | Tarix: 26.07.2021
Bizi Telegramda izləyin: @repostaz