Ermənilər cəbhəyanı kəndi atəşə tutması nəticəsində ot tayası yanıb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın Hacıməmmədli kəndində qeydə alınıb. Kənddə məskunlaşan Nuridə Məmmədovanın bildirdiyinə görə, ermənilər kəndi yandırıcı güllələrlə atəşə tutub. Güllələrdən biri N. Məmmədovanın həyətində olan tayasına düşdükdən sonra yanğın başlayıb. Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.
 
RePost.Az

Baxış sayı: 2725 | Tarix: 21.02.2017
Bizi Telegramda izləyin: @repostaz