Bakıda sərnişin avtobusunda yanğın olub.
 
Hadisə metronun "Xətai" stansiyasının yaxınlığında qeydə alınıb.
 
Belə ki, "BakuBus" MMC-yə məxsus 21 nömrəli marşrut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.
 
Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.


Baxış sayı: 4302 | Tarix: 13.08.2021
Bizi Telegramda izləyin: @repostaz