Bazarlarda toyuq filesinin qiyməti qalxıb.  RePost.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, insanlar toyuğun döş əti qiymətinin son 1 həftədir bahalaşdığını deyirlər. Toyuq ətinin qiyməti isə 4 manat 20 qəpik - 4 manat 60 qəpik arasında dəyişməz olaraq qalıb. 
 
Satıcılar da filenin qiymətinin 1 manatdan çox artdığını təsdiq edirlər. Onlar filenin müxtəlif firmalar tərəfindən hazır şəkildə gətirildiyini və qiyməti də firmaların təyin etdiyini deyirlər.  
 
Bazarlarda açıq şəkildə satılan döş əti - filenin qiyməti isə artmayıb. Kiloqramı 6-6 manat 50 qəpiyə file tapmaq mümkündür. 
 
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, nə toyuğun, nə də filenin qiyməti broylerlər tərəfindən qaldırılmayıb və əgər belə fakt varsa, qiyməti mağaza sahibləri süni yolla artırıblar. Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti  də onlar təyin edirlər. 
 
"Toyuq məhsulunun topdan satış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz",- deyə Aydın Vəliyev bildirib.
 
 
RePost.Az
 

Baxış sayı: 2117 | Tarix: 21.02.2017
Bizi Telegramda izləyin: @repostaz