İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian Moskva səfərindən istədikləri nəticəni ala bilmədi.

Rəsmi Tehranın əsas istəyi Zəngəzur dəhlizinə mane olmaq idi. Bunun üçün Azərbaycan sərhədlərində təlim keçməklə rəsmi Bakya xox gəlməyə çalışsa da, istəyinə nail ola bilmədi. Tehran mollalarının ruslardan mədət umması da bir işə yaramayıb.

İran Rusia-Türkiyə-Azərbaycan münasibətlərini pozmaq üçün diqqəti Xəzərdə keçirilən təlimlərə yönltməklə Rusiayadan dəstək qazanmağa cəhd etsə də, Lavrovun cavabı tehran molları üçün gözlənilməz olub. “Öncə Xəzərin statusu ilə bağlı sazişi ratifikasiya edin, sonra bu barədə danışın!”

Xatırladaq ki, Xəzərin statusu ilə bağlı Qazaxıstanın Aktau şəhərində imzalanan Konvensiyanı İran hələ də ratfikasiya etməyib. Ona görə də, həmin saziş qüvvəyə minməmiş hesab olunmur.

Məhz bu səbəbdən İran və digər xəzəryanı ölkələrin Azərbaycanın Xəzərdə Türkiyə ilə birgə keçirdiyi təlimə hüquqi cəhətdən heç bir irad tuta bilməzlər.

Lavrovda diplomatik dillə İranlı həmkarına bunu xatırladıb və Xəzərdəki təlimlərə irad tutmazdan öncə, Aktau Konvensiyasını ratifikasiya etməyi məsləhət görüb.

Cənubi Qafqazda iranın “sərhədlərin dəyişməsi”, “bölgədə terrorçuların və sionistlərin mövcudluğu” illuziyasına gəlincə, mətbuat konfarnsında Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolunun xatırladılması və “altılıq platforması”nın (3+3) yaradılmasının vacibliyinin önə çəkilməsi rəsmi Tehran üçün şok effekti yaradıb. Və Tehran anlayıb ki, Şirin quyruğudansa, Azərbaycanın çaldığı havaya oynamaq daha faydalıdır.

Moskva diplomatik dillə Tehranə başa saldı ki, Qarabağ münaqişəsini Rusiya həll edib, regionun gələcəyi də rusların vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmalar çərçivəsində olacaq.

Zəngəzur dəhlizi daxil olmaqla kommunikasiyalar açılacaq, İrəvanın Bakı və Ankara ilə münasibətləri normallaşacaq, İran da bunu həzm etməlidir.

Regiondakı sabitliyin yeganə qarantı da Ruisya və Türkiyədir.

Moskva sfərindən sonra Tehran da bunu dərk etmiş kimi görünür. Əzələ nümayişi ilə rəsmi Bakının geri çəkilməyəcəyini anlayan molla rejimi özlərinin yaratdığı “problem”i diplomatik yolla çözməyə cəhd edir. İran XİN rəhbəri azərbaycanlı həmkarını Tehrana dəvət edib, özü isə Bakıya gəlmək istəyini ifadə edib. Eynən Vətən Müharibəsində Azərbaycanın qələbəsinin qaçılmaz olduğunu görən Tehran rejiminin 30 il sonra oyanıb münaqişənin həlli ilə bağlı “təkliflər paketi” barədə sayıqlamaları kimi...


Baxış sayı: 2915 | Tarix: 07.10.2021
Bizi Telegramda izləyin: @repostaz