Türk Dövlətləri Parlament Assambleyasının yeni Baş katibi vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
 
Bununla bağlı keçirilən mərasimdə keçmiş Baş katib Mehmet Süreyya Er vəzifə səlahiyyətlərini yeni Baş katib Ramil Həsənə təhvil verib.
 
Ardınca TÜRKPA-nın bayrağı yeni Baş katibə ötürülüb.
 
Ramil Həsən TÜRKPA-nı daha yüksək mövqelərə gətirmək üçün əlindən gələni edəcəyini və bu təşkilat üçün yeni bir səhifə açılacağını bildirib.
 
O, gələcəkdə Türk Dövlətləri Təşkilatı yanında ortaq parlamentar qurumun yaradılması üçün çalışacağını bəyan edib. Həmçinin Özbəkistanı Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) qatılacağına ümid etdiyini bildirib.
 
“Konkret işlər gördükdən sonra bir daha media qarşısına çıxacağıq. TÜRKPA-ya üzv olan ölkələrin hər biri üçün çalışmaq mənim mənəvi borcumdur”, - TÜRKPA-nın yeni Baş katibi vurğulayıb.

Baxış sayı: 198 | Tarix: 15.10.2025
Bizi Telegramda izləyin: @repostaz