Azərbaycan-İran sərhədində ba. verən atışmada sərhəd pozucusu məhv edilib. 
 
DSX-nin Mətbuat Mərkəzindən RePost.Az-a bildirilib ki, 2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radələrində Xidmətin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunub.
 
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, sərhəd nar­yadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstəriblər.
 
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunub və onlardan biri zərərsizləşdirilib. Hazırda həmin sərhəd pozucusunun şəxsiy­yətinin müəyyənləş­diril­məsi üzrə tədbirlər görülür.
 
Digər sərhəd pozu­cusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.
 
Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd “Marl­boro”, “Kent”, “More” markalı siqaret qutusunun olması müəyyən edil­ib.
 
Hadisə barədə İran tərəfi məlumatlandırılıb.
 
Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunublar.

Baxış sayı: 3200 | Tarix: 07.12.2021
Bizi Telegramda izləyin: @repostaz