Lənkəran şəhərində vətəndaş onun işığını kəsən “Azərişığ”ın əməkdaşının maşınını yandırıb.
 
RePost.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər sakini Sabir Əliyev evinə qanunsuz əlavə elektrik xətti çəkib. “Azərişıq” əməkdaşı Rauf Kərimov da həmin xətti kəsərək bununla bağlı akt tərtib edib.
 
Sabir Əliyev bundan əsəbiləşərək Rauf Kərimova məxsus, “Ləvəngi dairəsi” adlanan ərazidə saxladığı “VAZ 21015” markalı avtomobilin üzərinə benzin tökərək yandırıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər maşını söndürüblər.
 
DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Baxış sayı: 3276 | Tarix: 09.12.2021
Bizi Telegramda izləyin: @repostaz