Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Həşimlinin cənazəsi doğulduğu Ordubad rayonuna gətirilib. 

RePost.Az xəbər verir ki, şəhidimizin dəfn mərasimində izdiham yaşanıb.

Şəhidi son mənzilə yol salan insanlar  "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndiriblər.
 
Xatırladaq ki, yeddi ay əvvəl toy edib cəbhəyə qayıdan T.Həşimli ata olacaqdı. Lakin Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. 
 


Baxış sayı: 2383 | Tarix: 28.02.2017
Bizi Telegramda izləyin: @repostaz