Təbrizin “Traxtur” futbol klubu növbəti dəfə İran Futbol Federasiyasının qəzəbinə tuş gəlib.

RePost.Az Cənubi Azərbaycan mediasına istinadən xəbər verir ki, İnzibati komitə Azərbaycan komandasını tərəfdarları hakimə etiraz etdiyinə görə 80 milyon rial məbləğində cərimə edib. Komitənin qərarında qeyd olunub ki, “Traxtur” tərəfdarları oyunun 91-ci dəqiqəsində hakimə qarşı xoşagəlməz ifadələr işlədiblər. Qeyd edək ki, “Traxtur”la Məşhədin “Pədidə” klubları dekbrın 2-də qarşılaşıb. 1:1 bərabər hesabla sona çatan görüşdə Azərbaycan takımının tərəfdarları hakimin ədalətsiz qərarlarına etiraz ediblər.

RePost.Az


Baxış sayı: 2535 | Tarix: 06.12.2016
Bizi Telegramda izləyin: @repostaz