Azərbaycanın Tovuz rayonunda xarici turistlərin qanunsuz ov etməsi barədə sosial şəbəkədə məlumat yayılıb.
 
RePost.Az xəbər verir ki, ərəb turistlərin rayon ərazisində bəzgək ovladıqları iddia edilib.
 
Məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova münasibət bildirib. O BAKU.WS-ə qeyd edib ki, yayılan görüntülərdən xəbərdardırlar:
 
“Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.
 
Məlumat üçün bildirək ki, bəzgək Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxildir.

Baxış sayı: 4492 | Tarix: 25.01.2022
Bizi Telegramda izləyin: @repostaz