Bu gün səhər saatlarında TIR sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyevin rüşvətxorluğuna etiraz olaraq Heydər Əliyev prospektini bağlayıblar.
 
RePost.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aksiya Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında baş tutub. TIR sahiblərinin dediyinə görə, DANX sürücülərə yol vərəqələri vermədiyinə görə, gətirdikləri mallar xarab olur.
 
Aksiyaya görə, Heydər Əliyev prospektində tıxac yaranıb. Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının sürücülərlə danışıqlarından sonra yol açılıb.

Baxış sayı: 3979 | Tarix: 17.02.2022
Bizi Telegramda izləyin: @repostaz