Müğənni Manaf Ağayev Füzuli rayonuna qanunsuz səfər edib və bu səbəbdən saxlanılıb. İfaçının səfərlə bağlı çəkdirdiyi video da sosial şəbəkələrdə geniş yayılıb.
 
Sözügedən videoda müğənninin avtomobilinin yanında görünən 10-AA-307 dövlət nömrə nişanlı maşının kimə məxsus olması da maraq doğurub.
 
“Qafqazinfo”nun araşdırması nəticəsində məlum olub ki, maşını idarə edən şəxs Sənan Nizami oğlu Hüseynovdur. 1983-cü ildə Füzuli rayonunda anadan olan Nizami Hüseynov biznesmendir. Onun qardaşı Əliş Hüseynov da iş adamıdır.
 
Müğənni Manaf Ağayevlə yaxın dost olan Sənan Hüseynov, digər şou-biznes nümayəndələri tərəfindən də tanınan simadır.

Baxış sayı: 3105 | Tarix: 18.02.2022
Bizi Telegramda izləyin: @repostaz