Bakıda intihara cəhd olub.

RePost.Az Apa-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 26 yaşlı Zahid Hacıağa oğlu Fəttayev yaşadığı evdə özünü yandırıb. O ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 


Baxış sayı: 2801 | Tarix: 03.03.2017
Bizi Telegramda izləyin: @repostaz