Ukraynadakı hadisələr zamanı ölən azərbaycanlıların siyahısı bilinib.
 
APA xəbər verir ki, Odessa vilayətindən özləri təxliyə olunarkən Moldova sərhədinə yaxınlaşanda maşınlarının atəşə tutulması nəticəsində 1976-cı il təvəllüdlü İsmayılov Neymət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim, 1995-ci il təvəllüdlü İsmayılov Qabil və 1997-ci il təvəllüdlü Salmanov Camal həlak olub.
 
1987-ci il təvəllüdlü Məmmədov Qoşqar Xarkovda küçəyə çıxanda aldığı güllə yarasından keçinib.
 
1978-ci il təvəllüdlü Əmrahov Elnur Çerniqov vilayətində könüllü kimi məktəbdə xəsarət alanlara kömək edərkən baş vermiş partlayışda həyatını itirib.
 
Çerniqov şəhərində 1984-cü il təvəllüdlü Süleymanov Arzunun isə maşının üstünə raket düşüb.
 
Ukraynada daha üç azərbaycanlının da həlak olduğu bildirilir.
 
Fakt dəqiqləşdirilir.

Baxış sayı: 3409 | Tarix: 11.03.2022
Bizi Telegramda izləyin: @repostaz