Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi "Qalatasaray" mübarizəni dayandırıb.
 
Apasport.az saytının məlumatına görə, İstanbul klubu Avropa Liqasının 1/8 final mərhələsində "Barselona" səddinə ilişib.
 
"Cim-bom" ilk görüşdə səfərdə qolsuz bərabərə qalmasına baxmayaraq, doğma arenasında bundan yararlana bilməyib. Halbuki matçda hesabı Domenek Torrenin yetirmələri açıb. 26-cı dəqiqədə Markao fərqlənib. Lakin cəmi 9 dəqiqə sonra Pedri bərabərlik topunu vurub.
 
Fasilədən dərhal sonra kataloniyalılar Pyerr-Emerik Obameyanqın (50) qolu sayəsində hesabda önə keçib. Qalan dəqiqələrdə meydan sahiblərinin cəhdləri heç bir nəticə verməyib.
 
2:1 hesablı qələbə "Barselona"nı 1/4 finala yüksəldib. Xavi Ernandesin yetirmələrinin bu mərhələdəki rəqibi sabah keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.

Baxış sayı: 3618 | Tarix: 18.03.2022
Bizi Telegramda izləyin: @repostaz