Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qətl və intihar hadaisəsi baş verib. 
 
Bu barədə RePost.Az-a Sabunçu rayon prokurorluğundan məlumat verilib. Məlumata görə, aprelin 06-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misri Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Aparılmış araşdırmalarla Misri Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. 
 
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Baxış sayı: 5404 | Tarix: 06.04.2022
Bizi Telegramda izləyin: @repostaz