Bu gün günorta saatlarında Nizami rayonu ərazisində, Neftçilər metrosunun yaxınlığında 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova 15 yaşlı yeniyetmə oğlu A.C tərəfindən bıçaqla qətlə yetirilib.
 
Nizami Rayon Prokurorluğundan RePost.Az-a verilən xəbərə görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C.-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Baxış sayı: 3181 | Tarix: 20.04.2022
Bizi Telegramda izləyin: @repostaz