Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib.
 
RePost.Az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda, Xəqani küçəsində qeydə alınıb.
 
Polad Bülbüloğlunun idarə etdiyi BMW markalı avtomobil taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşını arxadan vurub.
 
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, qeyd olunan hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinə sürücülər tərəfindən məlumat daxil olmayıb:
 
“Hadisə ilə bağlı deyə bilərəm ki, avtomobillərə ciddi ziyan dəyməyib. Onlar öz aralarında razılaşaraq çıxıb gediblər. İnzibati xəta tərkibi yaradan hal isə bu vəziyyətdə yalnız 327.1-ci (ara məsafəsinin gözlənilməməsi) pozulmasıdır. Maddi ziyan yoxdursa, tərəflər öz aralarında razılaşıblarsa, əlavə qanun pozuntusundan söhbət gedə bilməz”.
 
Qeyd edək ki, qəza ilə bağlı ilk xəbəri oxu.az saytı yayıb.

Baxış sayı: 4492 | Tarix: 25.04.2022
Bizi Telegramda izləyin: @repostaz