Bakıda "Lexus” markalı avtomobili ilə motosikletçini döyən məmur Sultan Dadaşov saxlanılıb.
 
RePost.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Sultan Tofiq oğlu Dadaşov inzibati qaydada 25 sutka azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, 25 apreldə Bakıda "Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.
 
Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

Baxış sayı: 4150 | Tarix: 26.04.2022
Bizi Telegramda izləyin: @repostaz