Mayın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
 
Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-23° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq.
 
Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək.
 
Nisbi rütubət 65-75 % olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.

Baxış sayı: 3903 | Tarix: 21.05.2022
Bizi Telegramda izləyin: @repostaz