Gəncə şəhərində beş mərtəbəli binada baş vermiş yanğın söndürülüb.
 
RePost.Az “Report”a istinadən xəbər verir ki, Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi, bina 9, mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş vermiş yanğın artıq söndürülüb.
 
Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qazsımadan yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.
 
Xatırladaq ki, hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.

Baxış sayı: 3504 | Tarix: 26.05.2022
Bizi Telegramda izləyin: @repostaz