Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda əlibaltalı gəzən şəxslə bağlı açıqlama verib.
 
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov BAKU.WS-ə bildirib ki, sosial şəbəkədə yayılmış görüntü ilə əlaqədar araşdırma aparılır.
 
***14.09
 
Sosial şəbəkələrdə Bakı metrosuna balta ilə girən şəxsin görüntüləri yayılıb.
 
BAKU.WS xəbər verir ki, əlində sellofana bükülmüş balta olan şəxs video çəkərək özünü qadın kimi aparan şəxsləri hədələyib. 
 
O bildirib ki, əgər qarşısına belə biri çıxsa, onları baltalayacaq.
 
Sözügedən videonu sizə təqdim edirik:

Baxış sayı: 3295 | Tarix: 05.07.2022
Bizi Telegramda izləyin: @repostaz