Bərdə rayonunda qətl hadisəsi baş verib.
 
Bu barədə  Bərdə rayon prokurorluğundan bildirilib
 
Xəbərə görə, iyulun 29-da Bərdə rayonu Şorəli kənd sakini 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Nurlan Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Aysu Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Baxış sayı: 3124 | Tarix: 29.07.2022
Bizi Telegramda izləyin: @repostaz