Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
 
Bu barədə Kremlin yaydığı məlumatda bildirilib ki, danışıq zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020 və 2021-ci illər üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin müəyyən praktiki aspektlərinə toxunulub.
 
Ermənistan və Rusiya liderləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Baxış sayı: 3998 | Tarix: 02.08.2022
Bizi Telegramda izləyin: @repostaz