Tarixi görüş üçün Ukraynanın Lvov şəhərinə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Potoçki sarayında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
 
Bu gün səhər Türkiyə lideri Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə quru yolu ilə Polşa üzərindən Ukraynanın Lvov şəhərinə gedib.
 
Qeyd edək ki, Ərdoğanı, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Müdafiə Sənayesi Cumhurbaşkanı İsmail Dəmir, AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və Baykar baş direktoru Haluk Bayraktar da müşayiət edir.

Baxış sayı: 2212 | Tarix: 18.08.2022
Bizi Telegramda izləyin: @repostaz