Sumqayıt şəhər sakini Kəmalə Əhmədova Bakı metropoliteninin 28 may stansiyasında qatara minəndən sonra mobil telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib.
 
RePost.Az ARB TV-yə istinadən xəbər verir ki, metropolitendə polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadına qarşı cibgirlik edən Ağdam rayon sakini Hacı Mehdiyev saxlanılıb.
 
Kamera görüntülərindən də aydın olur ki, Kəmalə Əhmədovanın cibindəki mobil telefonu gördükdən sonra Hacı Mehdiyev onun arxasında dayanır və birgə qatara minərək, niyyətini həyata keçirir. Qapılar bağlanan anda cinayəti törədən şəxs qatarı tərk edir, daha sonra Cəfər Cabbarlı metro stansiyasına keçərək oradan Xətai metrostansiyasına gəlir və hadisə yerindən uzaqlaşır.
 
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
 
RePost.Az
 

Baxış sayı: 2934 | Tarix: 11.03.2017
Bizi Telegramda izləyin: @repostaz