“Şimal axını-2” xəttinin İsveç iqtisadi zonasına aid olan hissəsindəki sızmanın qarşısı alınıb.
 
B barədə Rusiyanın “Gazprom” şirkəti məlumat yayıb.
 
O da əlavə olunub ki, xətdəki təzyiq stabilləşdirilib və sızma tamamilə aradan qaldırılıb.
 
Xatırladaq ki, bu gün İsveç sahil mühafizə xidmətinin rəsmi internet səhifəsindəki məlumata əsasən, səhər 8 radələrində aparılan yoxlama zamanı boru kəmərində sızma aşkarlanmışdı.
 
Həmçinin o da qeyd olunub ki, sızmanın ölçüsü 30 metrə yaxın olub.

Baxış sayı: 5062 | Tarix: 03.10.2022
Bizi Telegramda izləyin: @repostaz