İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında qadınların yarışında son tur ərəfəsində çempion məlum olub.
 
X turda qızlar arasında yarışan şahmatçımız Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə oynayıb.
 
Bu nəticədən sonra Gövhər Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib. Gövhər bu qələbə ilə Azərbaycan şahmatı tarixində 20 yaşlılar arasında dünya çempionu olan ilk qadın şahmatçı kimi tarixə düşüb.

Baxış sayı: 5518 | Tarix: 22.10.2022
Bizi Telegramda izləyin: @repostaz