“Son illərdə əldə etdiyimiz qazanclarımız sayəsində türk dünyası çərçivəsində birgə addımlar atdıq. Türk birliyinin əsası qoyulmuşdur”.
 
Bu barədə İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresində çıxışı zamanı Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev bildirib.
 
O qeyd edib ki, TDT siyasət, iqtisadiyyat, mədəniyyət, ticarət, gömrük kimi hər bir sahəni əhatə edən beynəlxalq təşkilatdır: “Əlaqələrimiz Səmərqənddəki liderlər zirvəsi ilə yeni bir boy qazanacaq. Bunun arxasında xalqlarımızın iradəsi və liderlərimizin qətiyyəti dayanır. Qeyd edim ki, cənab Ərdoğanın çox önəmli liderlik rolu var. O, son 20 ildə sadəcə Türkiyəni dünyada söz sahibi edən lider yox, həm də türk dünyasını birləşdirməyi bacaran bir liderdir”.
 
Amreyev əlavə edib ki, sağlıq mövzusu da başda gələn mövzulardandır.
 
Onun sözlərinə görə, pandemiya dövründə TDT çox uğurlu addımlar atıb.

Baxış sayı: 3675 | Tarix: 31.10.2022
Bizi Telegramda izləyin: @repostaz