Bu gün gənc yazıçı Mövlud Mövlud intihar edib. Hadisə martın 16-da gecə saat 2 radələrində 7-ci mikrorayonun Axundov küçəsində baş verib.

 

RePost.Az xəbər verir ki, gecə saatlarında baş verən bu dəhşətli hadisəni ilk görən 23 yaşlı gənc mühafizəçi olub.

O, binaların həyətində gəzindiyi yerdə qəfil tappıltı eşidib, partlayış zənn edib. Yaxınlaşınca yerə çırpılan insan olduğunu görüb və baxıb ki, keçinib. Qorxuya düşüb, nə etmək lazım olduğunu bilməyib. 
 

Yaxınlıqda fəhlə işləyən daha yaşlı fəhləyə zəng edib, o gəlincə binadan adamlar tökülüşüb, sonra isə polisə zəng ediblər.

Mövludun meyidini Təcili yardım maşınına qoyub aparıblar.

 

Mühafizəçi deyir, binadan atlamadan öncə əynindəki gödəkçəni çıxarıb, eyvana qoyub.


Mövluddan qalan son əşyalar...
 

Səhər meyitin yanından 80 qəpik pul, alışqan, bir də qaldığı evin açarını götürüblər. Gözətçi köşkünə qoyublar ki, polisə lazım olar. 

 

Telefonu sınmayıbmış. Elə qohumlarını da onun vasitəsi ilə tapıblar.

 

Evi özünü atdığı 17-ci mərtəbəyə yaxındır. Hər gün işlədiyi “Teleqraf” saytına da da piyada gedirmiş.

 

Kirayə qaldığı evin qapısında üstündə kağızlardan kəsilib hazırlanmış ürək şəkli olub.

 

İş yoldaşları bildirib ki, o, bu evə 300 manat kirayə pulu verirmiş. 
 

Dostları  Mövludun son vaxtlar depressiyada olduğunu deyiblər. Onlar son günlərdə Mövludla görüşmək üçün can atsalar da, gənc yazar hər dəfə görüşməkdən imtina edirmiş. Həyat yoldaşı ilə münasibətinin pozulması, Binəqədi rayonundakı bina yanğınında aldığı ağır psixoloji travma onu depressiyaya salıbmış. Bu azmış kimi, yanğında zərərçəkmiş kimi Mövludun və ailəsinin almalı olduğu maddi kompensasiyanın bəzi şəxslər tərəfindən ələ keçirilməsi onda ciddi gərginlik yaradıbmış.

 

İş yoldaşları bildiriblər ki, Mövlud Mövlud dünən də həmişəki kimi ofisdə deyib-gülüb, dostları ilə zarafatlaşıb. Axşam isə kirayə yaşadığı evə gəlib. Gecə saat 01:30 radələrində isə evin yaxınlığında, iş yerinin yerləşdiyi çoxmərtəbəli binaya daxil olan Mövlud sonuncu - 17-ci mərtəbəyə qalxıb və gödəkçəsini çıxararaq, özünü oradan atıb. Mühafizəçilər onun nəşi aparıldıqdan sonra cibindən düşmüş 55 qəpiyi, alışqanı və açarı götürüb, gözətçi budkasına təhvil veriblər.
 

 


Baxış sayı: 4036 | Tarix: 16.03.2017
Bizi Telegramda izləyin: @repostaz