Bu gün prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında "Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətov da var.
 
X.Mədətov 3 il əvvəl sərxoş vəziyyətdə "Galendawagen" markalı avtomobili ilə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü.
 
Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasını 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb.
 
Qeyd edək ki, bu hadisədən sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.
 
RePost.Az

Baxış sayı: 2630 | Tarix: 16.03.2017
Bizi Telegramda izləyin: @repostaz