Bakıda rus qadını zorlamaqda təqsirləndirilən 1990-ci ildə təvəllüdlü Camur İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

RePost.Az xəbər verir ki, lent.az-ın-ın məlumatına görə, Beyləqan rayon sakini Camur İsmayılov 2016-cı il sentyabrın 2-də, saat 13 radələrində qohumu Əşrəf Məmmədovla birlikdə tanışları Elnur Muxtarovun təklifi ilə Nizami rayonunda yaşayan rus əsilli yaşlı qadın Olyanın (ad şərtidir) evinə su kranını və su qızdırıcısını təmir etmək üçün gediblər.

 

Təmir işlərini bitirdikdən sonra qohumlar yeyib-içmək qərarına gəliblər və zərərçəkənin mənzilində spirtli içki qəbul ediblər.

 

Sərxoş vəziyyətdə olan Camur İsmayılov qadının yataq otağına keçərək onun əl-qolunu tutub və Əşrəf Məmmədovun onu zorlamasına şərait yaradıb. 

 

Olya Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istəyəndə Camur İsmayılov mobil telefonunun onun əlindən alıb və batareyasını çıxarıb. Sonra isə hər ikisi qadını döyərək onunla zorla cinsi əlaqədə olublar.

 

Təqsirləndirilən şəxs evlidir və 2 övladı var.

 

Cinayət işində adı keçən digər şəxslərin işi ayrıca icraata götürülüb. Camur İsmayılov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib.

 

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxs ifadə verib. O bildirib ki, qadının evində yeyib-içiblər: "Qadın da bizimlə yeyib-içdi. Sonra sərxoş olanda onunla cinsi əlaqədə olmağı təklif etdim. O da təklifimə etiraz etmədi. Birlikdə yataq otağına keçdim. Onunla cinsi əlaqədə oldum”.

 

Camur İsmayılov zorlama ittihamını qəbul etməyib və bildirib ki, ona düzgün ittiham verilməyib.

 

Daha sonra zərərçəkmiş qadın ifadə verib. O, evinə gələn ustalar tərəfindən təcavüzə məruz qaldığını bildirib. Yaşlı qadın təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib. 

 

Məhkəmə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Camur İsmayılov 7 il müddətə  azadlıqdan məhrum edilib. 


Baxış sayı: 2877 | Tarix: 17.03.2017
Bizi Telegramda izləyin: @repostaz