Rusiyanın Çuvaşıstan Respublikasının ərazisində magistral qaz kəmərində güclü partlayış baş verib.
 
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 3 nəfər həlak olub. 
 
Məlumata görə, hadisə nəticəsində daha 4 nəfər xəsarət alıb.
 
Fövqəladə Hallar Nazirliyinin Çuvaşıstan Respublikası üzrə Baş İdarəsi qəza yerində yanğının qarşısının alındığını bildirib. İdarə müəyyən edib ki, sıçrayış Urenqoy-Pomarı-Ujqorod magistral yeraltı qaz kəmərinin bir hissəsində planlaşdırılmış təmir işləri zamanı baş verib.
 
Bundan sonra isə Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 200 dollara qədər yüksəlib.


Baxış sayı: 12453 | Tarix: 20.12.2022
Bizi Telegramda izləyin: @repostaz