Braziliya kubokunun ikinci final matçı keçirilib.
 
RePost.az-ın APA-ya istinadən  məlumatına görə, həlledici oyunda "Qremio" "Atletiko Mineyro" ilə qarşılaşıb.
 
 
Portu-Aleqri şəhərində baş tutan matç 1:1 hesabı ilə başa çatıb. İlk oyunda rəqibini 3:1 hesabı ilə məğlub edən “Qremio” rekorda imza ataraq tarixində 5-ci dəfə Braziliya kubokunun qalibi olub.
 
Bundan əvvəl “Kruzeyro” klubu 4 dəfə turniri qalib kimi başa vurub.
 
RePost.az
 

Baxış sayı: 3675 | Tarix: 08.12.2016
Bizi Telegramda izləyin: @repostaz