Bayram günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, regionlarda gözlənilən hava şəraiti belə olacaq:
 
Qəbələ rayonunda
 
Martın 21-dən bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.
 
Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
 
Havanın temperaturu gecə 5-7° isti, gündüz 13-16° isti olacaq.
 
Şahdağda
 
Gün ərzində arabir yağıntılı olacağı, 21-i gündüz, 22-si gecə və səhər arabir qara keçəcəyi, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək.
 
Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 0-3° isti olacaq.
 
İsmayıllı rayonunda
 
Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.Gecə və səhər saatlarında duman olacaq.
 
Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək.
 
Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-15° isti olacaq.
 
Lənkəran rayonunda
 
Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.
 
Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
 
Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.
 
Şəki rayonunda
 
Əsasən yağmursuz. Lakin 21-i gündüzdən 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.
 
Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
 
Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti olacaq.

Baxış sayı: 6031 | Tarix: 20.03.2023
Bizi Telegramda izləyin: @repostaz